İsraildə koronavirusa yoluxanların sayı 10 mini keçdi


Dünya 10 Apr 2020 10:31:17 114 0

İsraildə koronavirusa yoluxanların sayı 10 mini keçdi

İsraildə son sutkada koronavirusa 340 yeni yoluxma faktı qeydə alınıb.

İsraildə son sutkada koronavirusa 340 yeni yoluxma faktı qeydə alınıb.

“Report” “newsru.co”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

İsraildə son sutkada virusdan13 nəfər ölüb. Bununla da koronavirus qurbanlarının sayı 92-yə çatıb. Ölənlər 37-98 yaş arasındadır. İsrail üzrə yoluxanların sayı isə 10 095 nəfərdir.

Qeyd edək ki, aprelin 12-də İsraildə Pesax bayramı günü başqa məhdudlaşdırıcı tədbirlər olmasa da maska taxmaq məcburi olacaq.