Bir gündə 55 min insan virus ocağını tərk etdi


Digərləri 10 Apr 2020 07:21:00 114 0

Bir gündə 55 min insan virus ocağını tərk etdi

Yeni tip koronavirusun ortaya çıxdığı Çinin Hubey əyalətinin Uhan şəhərindən kütləvi köç dalğası başlanıb.

Son.az xəbər verir ki, 7 apreldə karantin tədbirlərinin yumşaldılmasından sonra 55 min nəfər şəhəri tərk edib.

"Channel News Asia" bildirib ki, 11 milyon əhalisi ola şəhərin avtobus terminalları və qatar stansiyalarında uzun növbələr yaranıb. Tianhe hava limanında bəzi uçuşların başlanması ilə daha 10 min nəfərin şəhəri tərk edəcəyi gözlənilir.

Artıq Uhandan Şanxay, Pekin və Şıncın şəhərlərinə aviareyslər var.