Azərbaycan neft hasilatını azaldacaq


İqtisadiyyat 10 Apr 2020 06:42:08 125 0

Azərbaycan neft hasilatını azaldacaq

Yeni OPEC + sazişinə əsasən, Azərbaycan may-iyun aylarında neft hasilatını gündəlik 164 min barel azaltmaq barədə üzərinə öhdəlik götürüb. Nəticədə Azərbaycanda gündəlik neft hasilatı 554 min barel olacaq.

Azərbaycan 2020-ci ilin may-iyun aylarında qəbul edilən yeni OPEK+ sazişi çərçivəsində neft hasilatını 164 min barel azaldacaq.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Azərbaycanın Energetika Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, nəticədə Azərbaycanda gündəlik neft hasilatı 554 min barel olacaq.

“Azərbaycan, eyni zamanda, dünyada neft bazarını tarazlaşdırmaq və neft qiymətlərini sabitləşdirmək üçün yeni öhdəliklər götürüb. Azərbaycan yeni razılaşmaya uyğun olaraq gündəlik 718 min barel nefthasilatı 164 min barel azaltmalı olacaq. Bu dövrdə Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel səviyyəsində saxlamalıdır”.