Meksika OPEC+ görüşünün yekunları ilə bağlı açıqlama yaydı

İqtisadiyyat 10 Apr 2020 06:14:20 93 0

Meksika OPEC+ görüşünün yekunları ilə bağlı açıqlama yaydı

Meksika OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən görüşündə “OPEC+” üzrə neft hasilatının gündəlik 10 milyon barrel azaldılması barədə təklifinə müsbət yanaşmayıb.

“Report” xəbər verir ki, Meksikanın Energetika naziri Rosio Nale görüşün yekunları barədə özünün “Twitter” hesabında bunları yazıb:

“OPEK katibliyinin neft qiymətlərini sabitləşdirmək üçün apardığı danışıqlarda Meksika, qarşıdakı iki ay ərzində neftin gündəlik 100 min barel azaldılmasını təklif edib. 2020-ci ilin mart ayında bildirdiyimiz 1 781 milyon barel hasilatdan gündəlik1 681 milyon barelə enəcəyik”.

Bundan əvvəl, xarici mətbuatda OPEC-in görüşünün Meksikanın prinsipial mövqeyinə görə yekunlaşmadığı barədəməlumat yayılmışdı.