100 yaşlı kişi koronavirusa qalib gəldi


Digərləri 10 Apr 2020 04:33:00 129 0

100 yaşlı kişi koronavirusa qalib gəldi

İranın Elburs əyalətində yaşayan 100 yaşlı xəstə koronavirusa qalib gəlib.

Son.az bildirir ki, Elburs Tibb Elmləri Universitetinin Sarallah Xəstəxanasında müalicə alan kişi evə buraxılıb. Onun əyalətdə infeksiyaya yoluxmuş ən yaşlı şəxs olduğu bildirilir.

Qeyd edək ki, daha əvvəl İranda 102 və 106 yaşlı şəxslər infeksiyaya qalib gəlmişdi.

Son rəqəmlərə görə, İranda 64 min 586 nəfər koronavirusa yoluxub. 3 min 993 nəfər ölüb, 29 min 812 şəxs sağalıb. (publika.az)