Tibbi ləvazimat çatışmazlığından zibil torbası geyinən həkimlər koronavirusa YOLUXDU FOTO


Dünya 10 Apr 2020 03:32:00 121 0

Tibbi ləvazimat çatışmazlığından zibil torbası geyinən həkimlər koronavirusa  YOLUXDU  FOTO

İngiltərədə tibbi ləvazimat yetəri qədər olmadığı üçün zibil torbası geyinib xəstələrə müdaxilə edən 3 tibb işçisi koronavirusa yoluxub.

Son.az xəbər verir ki, 1 milyon 500 min insana yoluxan koronavirus can almağa davam edərkən həkimlər də tibbi ləvazimat çatışmazlığından əziyyət çəkirlər. Londonun şimalında Harrow ərazisində Northwick Park xəstəxanasında qeyri-adi hadisə yaşanıb. Xəstəxanada yetəri qədər qoruyucu geyim və maska olmadığı üçün tibb işçiləri zibil torbaları geyinmək məcburiyyətində qalıblar. ''Daily Telegraph''ın xəbərinə görə fotoları sosial mediada yayımlanan üçü tibb işçisində də koronavirus aşkarlanıb. Xəstəxananın sözcüsü isə bu barədə açıqlama verərək ''Tibb işçilərimizin virusa yoluxduğunu təsdiqləyirik. Bu bədbəxt hadisə olsa da, gözlənilməz deyildir. Çünki bütün dünyada həkimlər də bəzən virusa yolxa bilirlər'' sözlərini deyib. (ölkə.az)