OPEC-in görüşü Meksikanın mövqeyinə görə yekunlaşmır


İqtisadiyyat 10 Apr 2020 03:24:12 123 0

OPEC-in görüşü Meksikanın mövqeyinə görə yekunlaşmır

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən görüşü 8 saatdır davam edir.

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən görüşü 8 saatdır davam edir.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” iki mənbəyə istinadən məlumat verib.

Qeyd olunub ki, görüş yalnız Meksikanın prinsipial mövqeyinə görə yekunlaşmır. Belə ki, Meksika neft hasilatını azaltmaqla bağlı irəli sürülən təkliflə razı deyil və OPEC + dan çıxmaq niyyətindədir.

Mənbə əlavə edib ki, digər OPEC + iştirakçıları Meksikanı neft hasilatını gündəlik 400 min barel azaltmaq barədə razı salmağa çalışırlar.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının azaldılması ilə bağlırazılıq əldə edilib.