Dünyada koronavirusdan ölənlərin sayı 95 mini ötdü
Dünya 10 Apr 2020 01:53:42 119 0
Dünyada koronavirus qurbanlarının&ümumi sayı bir neçə saat ərzində 5 mindən çox artıb.
Dünyada koronavirus qurbanlarınınümumi sayı bir neçə saat ərzində 5 mindən çox artıb.
“Report” xəbər verir ki,koronavirusdan dünyasını dəyişənlərinsayı95 047nəfərə çatıb. Belə ki,ən çox ölüm hadisəsi İtaliya (18 279), İspaniya (15 238), ABŞ (16 454) və Fransada (12 210) qeydə alınıb.
Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı1 593 515-ə çatıb, 355 262 nəfər sağalıb. Hazırda 48 953 nəfərin vəziyyəti ağırdır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Mənbə: report.az