Karantindən çıxan Uhanda minlərlə insan ailə həyatı qurmaq istəyir


Dünya 10 Apr 2020 01:31:00 173 0

Karantindən çıxan Uhanda minlərlə insan ailə həyatı qurmaq istəyir

Qonşu bölgələrlə sərhəd məhdudiyyəti aradan qalxan Uhan şəhərində nikah qeydiyyatı üçün müraciət edənlərin sayında artım qeydə alınıb.

Son.az xəbər verir ki, nikah qeydiyyatını həyata keçirən xüsusi proqramda müraciət edənlərin sayının çox olması səbəbindən nasazlıq yaranıb.

Bildirilir ki, nikah üçün müraciət edənlərin sayı pandemiyadan əvvəlki dövr ilə müqayisədə üç dəfə çoxdur.

Platforma yaradıcılarının sözlərinə görə, evlənmək arzusunda olanlarda belə bir artım gözlənilmirdi, çünki əvvəllər bir sıra şəhərlərdə, o cümlədən Uhanda boşanmaq istəyənlərin sayında kəskin artım müşahidə olunurdu. (ölkə.az)