Bakıda ərlə arvadı motosiklet vurdu


Sosial 10 Apr 2020 00:01:34 141 0

Bakıda ərlə arvadı motosiklet vurdu

Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə “Nargilə” kafesinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1951- il təvəllüdlü Rüstəmov Əhəd Kərəm oğlu və həyat yoldaşı 1964-cü il təvəllüdlü Rüstəmova Tamara Səhliyalı qızı yolu keçərkən onları motosiklet vurub.

Hadisə nəticəsində piyadalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Ə. Rüstəmova sağ təpə nahiyəsinin dərialtı qansızması, T. Rüstəmovaya isə ənsə nahiyəsinin əziyi diaqnozları qoyulub. Onlar aidiyyəti üzrə həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.