Günün qoroskopu: gün ailə üzvləri və yaxın dostlarla ünsiyyət üçün münasibdir


Digərləri 10 Apr 2020 00:01:00 126 0

Günün qoroskopu: gün ailə üzvləri və yaxın dostlarla ünsiyyət üçün münasibdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - bu gün əlverişli günlərdən sayıla bilməz. Bununla belə, o, əvvəlki günlərdən daha yaxşı keçəcək. İşlə bağlı anlaşılmazlıqlar aydınlaşacaq, sizi maraqlandıran bütün suallara cavab alacaqsınız. Yeni müttəfiqlər axtarmaq olar. Bürcün bəzi nümayəndələri iş yerlərini daha nüfuzlu və yüksək maaşlı işə dəyişəcəklər.

Buğa - Alış-veriş etmək olar. Bundan başqa, hansısa böyük mərasimə hazırlıq üçün çox yaxşı gündür. Siz təşkilati məsələlərin öhdəsindən çox gözəl gələcək, heç bir detalı gözdən yayındırmayacaqsınız.

Əkizlər - əlverişli gündür. Uğur sizin tərəfinizdədir. Əgər təşəbbüs göstərsəniz və çalışqan olsanız, çox şey əldə edə bilərsiniz. Bürcün bəzi nümayəndələri gözlənilməz əngəllərlə qarşılaşsalar da, onları müvəffəqiyyətlə aşacaqlar. Gün sövdələşmələr, yeni müttəfiqlərlə əməkdaşlığa başlamaq üçün münasibdir.

Xərçəng - çox diqqətli olun! Bu çətin və gərgin gün ehtiyatlılıq tələb edir. Xüsusilə, yüksək ictimai və ya karyera pilləsində olan adamlarla ünsiyyətdə ehtiyatlı olmaq lazımdır. Siz səy göstərməli olduğunuz yerlərdə də tez-tez bəxtinizin gətirməsinə bel bağlayırsınız. Maddi itkilər mümkündür.

Şir - işlər vaxtınızı çox alsa da, yaxınlarla ünsiyyətə də vaxtınız qalacaq. Gün başqa şəhərlərdə yaşayan ailə üzvlərinizlə bağlı xoş xəbərlər vəd edir. Planlaşdırılmamış səfərlər mümkündür.

Qız - ulduzların təsiri xarakterini dəyişir, çətin günlərin yerini zövqlü günlər tutacaq. Bu gün bir çox başlanğıclarda, o cümlədən, ən cəsarətli addımlarda bəxtiniz gətirəcək. Bir sıra biznes proseslərini nəzarət altına almaq mümkün olacaq. Günün maddi baxımdan nə qədər əlverişli olması yalnız özünüzdən asılıdır.

Tərəzi - hadisələrin əlverişli inkişafından iş problemlərinin həlli üçün yararlanın. Əgər indi işgüzar aktivlik göstərməsəniz, bədxahlarınız bundan irəliyə çıxmaq üçün istifadə edəcəklər. Rəhbərlik sizi dəstəkləməyə hazırdır: karyera yüksəlişi və maaş artımı ilə bağlı məsələləri müzakirə etmək olar.