Sirli dronu kimin uçurduğu araşdırılır


Digərləri 09 Apr 2020 23:50:00 170 0

Sirli dronu kimin uçurduğu araşdırılır

Koronavirusa yoluxmanın qarşısını almaq məqsədilə əksər ölkələrdə polislər insanları evdən çıxmamağa, aralarında sosial məsafə saxlamağa çağırırlar. Nyu-York-da isə səsgücləndirici vasitəsilə insanları sosial məsafəni qorumağa səsləyən dronu kimin uçurduğu axtarılır.

Son.az ted.az-a istinadən bildirir ki, bu tip uçuş aparatları dünyanın əksər ölkələrində polislər tərəfindən istifadə edilsə də, Nyu-Yorkun güc strukturları drondan istifadə etmədiklərini açıqlayıblar. Səlahiyyətli şəxslər dronu kimin uçurduğunu müəyyənləşdirməyə çalışırlar. Çünki ölkə ərazisində drondan icazəsiz istifadə qadağandır.