Mulliner Bacalar modeli üçün hazırladığı tərtibat variantlarını göstərib FOTO


Digərləri 09 Apr 2020 23:01:00 178 0

Mulliner Bacalar modeli üçün hazırladığı tərtibat variantlarını göstərib  FOTO

Bentley şirkəti özünün ən bahalı və nadir avtomobili olan Mulliner Bacalar rodsteri üçün nəzərdə tutulmuş tərtibat variantlarını nümayiş etdirib. Mulliner atelyesinin Coachbuilt proqramının ilk modeli 12 nüsxəlik tirajla buraxılacaqdır. Brkettaların hər biri müştərinin istəklərinə uyğun yaradılacaqdır - avtomobilin sahibi kuzov rəngini, xarici dekoru və salonun tərtibat materiallarını seçmək hüququnu əldə edəcəkdir.

"Hər biri özünəməxsus xüsusiyyətləri və məqsədi olan altı dizayn variantını yaratdıq, - rəng və tərtibat şöbəsinin müdiri Maria Mulder bildirib. - Onlar arasında ümumi cəhət fərdiləşdirmə səviyyəsi və yalnız Bacalar modeli üçün əlçatan olan detallara diqqətin olmasıdır".

Son.az autograph.az-a istinadən bildirir ki, hətta, kuzovun boyası təkmilləşdirilmələrin ciddiliyindən danışır: çalarlardan biri, sarı Flame Yellow, düyü qabığının külündən əldə edilən silikon dioksidinin dəmir oksidi ilə örtülmüş mikroskopik lövhəcikləridir. Buraya özünəməxsus haşiyıələrə, tikiş və basmanaxışlara malik olan məhdudiyyətsiz salon tərtibatı variantlarını da əlavə etmək olar.

Bacalar Clerkenwell tərtibatı (başlıq şəklindəki) "ilk Bentley avtomobillərinin yarışdığı Bruklands trekinin ruhunu canlandırır". Burada Moss Green və Cumbrian Green rənginə boyanmiş panellərin, Golden Oak dərisinin, seçilən Saddle tikişlərinin və Cheltenham tvidinin birləşməsi mövcuddur. Tərtibatın adı Londonun mərkəzindəki Klarkenuell rayonundan götürülmüşdür.

Bentley Mulliner Bacalar Fulton

Coğrafi adlandırma estafetini Kaliforniyadakı Menlo Parkın adını daşıyan The Menlo versiyasını davam etdirir. Bu versiyanı mavi kuzovuna və sarı haşiyələr, eləcə də qara rəngli salon sayəsində asanlıqla tanımaq olar.