Elektron imza istifadəçilərinə yeniləməni yükləmək tövsiyə olunur


Digərləri 09 Apr 2020 22:56:00 124 0

Elektron imza istifadəçilərinə yeniləməni yükləmək tövsiyə olunur

Milli Sertifikt Xidmətləri Mərkəzi (MSXM) e-imza sertifikatının istifadə rahatlığını və aktivliyini təmin etmək üçün Kök Mərkəz tərəfindən təqdim edilən yenilənməni istifadəçilər tərəfindən  yükləməyi tövsiyə edir.

Mərkəzdən verilən məlumata görə, MSXM istifadəçilərin rahatlığı üçün sertifikatları mütamadi olaraq e-imza.az saytına yerləşdirir. Sertifikatınızın işlək olması üçün 2017-ci ilə aid olan bu sertifikat kompyuterə yüklənilməlidir.

Əks halda e-imza sertifikatından istifadə də problem yaranacaq.

İstifadə təlimatı ilə bu ünvandan tanış olmaq olar http://www.e-imza.az/uploads/instructions/Kok_Merkez_Sertifikat%C4%B1.pdf