Koronavirus tibbi maskada 7 sutka yaşayır –


Digərləri 09 Apr 2020 22:35:00 152 0

Koronavirus tibbi maskada 7 sutka yaşayır –

Koronavirus parça materialında günlərlə yaşayır. Yeni virus xəstənin ağız suyu və öskürək damcıları ilə parça materiala da çökür.

Əgər digər insan bu zərrəciklər olan əşyaya toxunub, sonra əllərini göz, ağız və burnuna aparsa, potensial olaraq yoluxur.

Son.az medicina.az-a istinadən bildirir ki, tibbi Lancet dərgisində virusun daha çox hansı səthdə yaşadığı barədə araşdırmanın nəticəsi dərc olunub. Dəhşətlisi odur ki, virus ən çox tibbi maska səthində yaşayır: 7 gün.

Alimlər virusun 21 dərəcə otaq temperaturunda ömrünü hesablayıblar. Virus kağız üzərində 3 saat sonra ölüb, taxta və parça üzərində 2 gün yaşayıb. Pulda və şüşədə 4 gün yaşayır. 7 gün isə plastik və tibbi maskada.