Audi bayraqdar sedanını elektrokara çevirməkdən imtina edib FOTO


Digərləri 09 Apr 2020 21:01:00 119 0

Audi bayraqdar sedanını elektrokara çevirməkdən imtina edib  FOTO

Bu yaxınlarda BMW şirkəti 7 Series bayraqdar sedanının növbəti nəsil tamamilə elektrik güc qurğusu ilə hərəkətə gələn versiyada satışa çıxarılacağını bildirib. Daimler konserni də, ənənəvi Mercedes-Benz S-Class flaqmanına alternativ olacaq Mercedes-Benz EQS bayraqdar elektromobilini hazırlayır.

Son.az autograph.az-a istinadən bildirir ki, bu iki markanın rəqiblərindən biri olan Audi şirkəti bənzər addımı atmağı planlaşdırırdı, ancaq inqilab təxirə salınıb. Automotive News nəşrinin yazdığına görə, şirkət rəhbərliyi diqqəti Audi A8 sedanının yeni hibrid versiyasında cəmləşdirmək qərarına gəlib.

Əslində, İnqolştadt istehsalçısının bayraqdar sedanı artıq qoşulan hibrid versiyaya sahibdir. Audi A8 modeli 14.1 kilovat-saat tutumu olan güc batareyasına malikdir və sırf elektrik ötürməsi ilə 40 kilometr məsafə qət edə bilər.

Yeni hibrid modifikasiyasında bu rəqəm bir qədər yüksək olacaqdır. Lakin, inqolştadtlılar dəqiq rəqəmləri açıqlamayıblar. Elektromobillərə gəlincə, hazırda şirkətin bütün qüvvəsi e-tron elektrik krossoverlərinin çeşidinə yönəldilib atılır - şirkət, məntiqli olaraq, bu seqmentdə yer tutmağın nümayəndəlik sedanları sinfinə nisbətən daha vacib olduğunu düşünür.