Hərbi qulluqçular yaşı 65dən yuxarı şəxslərə ünvanlı yardım çatdırıblar FOTO


Digərləri 09 Apr 2020 20:56:00 185 0

Hərbi qulluqçular yaşı 65dən yuxarı şəxslərə ünvanlı yardım çatdırıblar  FOTO

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq hərbi qulluqçular şəhidlərimizin 65 yaşdan yuxarı ailə üzvlərinə, yaşlı müharibə veteranları və əlillərə ünvanlı yardım çatdırıblar.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri və hərbi qulluqçular ailələri ziyarət edərək zəruri ərzaq məhsullarını və şəxsi gigiyena vasitələrini onlara təqdim ediblər.

Hazırda bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək onlara yardım edilməsi istiqamətində işlər davam etdirilir.