Yaxın zamanda hansı smartfonlar ucuzlaşacaq?


Digərləri 09 Apr 2020 20:40:00 102 0

Yaxın zamanda hansı smartfonlar ucuzlaşacaq?

Ucuzlaşacaq telefonlar əsasən 4G şəbəkəsini dəstəkləyən smartfonlardır.

"Yaxın zamanda 4G şəbəkəsini dəstəkləyən smartfonların qiyməti ucuzlaşacaq".

Son.az ted.az-a istinadən bildirir ki, bunu Xiaomi şirkətinin sənaye innovasiya departamenti üzrə əməkdaşı Pan Tsyutan deyib.

Xatırladaq ki, nəhəng texnologiya şirkətlərindən biri Apple şirkətindən də 4G smartfonlarına olan tələbatın aşağı düşməsinə görə, onların qiymətini ucuzlaşdırılacağı qeyd edilib. Misal olaraq, iPhone 11 Pro Max 255 dollara düşüb.

Pan Tsyutan bildirib ki, koronavirus pandemiyasının yayılması və Apple şirkətinə məxsus smartfonlarının aşağı düşməsi Çin bazarına da təsir edəcək: "Çin smartfon bazarında da 4G şəbəkəsini dəstəkləyən smartfonlar ucuzlaşacaq".