BMT dünya ölkələrinə çağırış etdi: ÜSTü dəstəkləyin!


Dünya 09 Apr 2020 19:54:00 102 0

BMT dünya ölkələrinə çağırış etdi: ÜSTü dəstəkləyin!

BMT-nin baş katibi Antoniu Quterreş koronavirus (COVID-19) infeksiyasına dair Ümumdünya Səhiyyət Təşkilatına dəstək bəyanatı yayıb.

Son.az xəbər verir ki, təşkilatdan Trend-ə daxil olan bəyanatda qeyd edilir ki, COVID-19 pandemiyası çağdaş dünyanın üzləşdiyi ən təhlükəli problemlərdən biridir. Bundan başqa bu, sağlamlığa və sosial-iqtisadi vəziyyətə ciddi fəsadlar törədən bəşəri böhrandır:

"Mübarizənin ön cəbhəsində olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) minlərlə əməkdaşı ilə birgə virusla mübarizə aparan üzv dövlətləri və onların əhalisini, xüsusilə də bu pandemiyadan daha çox əziyyət çəkənləri, məsləhət, təlim, avadanlıq və həyati əhəmiyyət daşıyan xidmətlərlə dəstəkləyir.

Ötən il Demokratik Konqo Respublikasına səfərim zamanı ÜST əməkdaşlarının qeyri-stabil şəraitdə, habelə ucqar və təhlükəli regionlarda Ebola ilə mübarizə apararkən cəsarət və qətiyyətinin şəxsən şahidi olmuşam. Aylardır yeni Ebola hallarının qeydə alınmaması ÜST-ün diqqətəlayiq uğurudur.

İnanıram ki, Ümumdünya Səhiyyə Təşkilatı dəstəklənməlidir. Bu, COVID-19-la müharibədə qalib gəlmək istiqamətində dünya ölkələrinin göstərdiyi səylər üçün çox vacibdir.