OPEC+ formatında neft bazarının sabitləşdirilməsinə dair müzakirələr başlayıb


İqtisadiyyat 09 Apr 2020 19:20:06 87 0

OPEC+ formatında neft bazarının sabitləşdirilməsinə dair müzakirələr başlayıb

OPEC+ formatının iştirakçısı ölkələri arasında COVID-19 pandemiyası ilə bağlı tələbatın azaldığı bir vaxtda neft bazarını tarazlaşdırmaq üçün hasilatı azaltmaq məsələsinin müzakirəsi başladı

OPEC+ formatının iştirakçısı ölkələri arasında COVID-19 pandemiyası ilə bağlı tələbatın azaldığı bir vaxtda neft bazarını tarazlaşdırmaq üçün hasilatı azaltmaq məsələsinin müzakirə ediləcəyi videokonfrans işinəbaşladı.

“Report” "RİA Novosti"yə istinadənxəbər verir ki, hər ölkənin nazirinin öz iş otağından qoşulacağı konfransdan televiziya yayımları nəzərdə tutulmur.

Bir mənbənin bildirdiyinə görə danışıqlarda OPEC+ formatında iştirak etməyən Argentina, İndoneziya, Misir, Trinidad və Tobaqo da iştirak edəcəklərini təsdiqləyiblər. Həmçinin görüşə ABŞ, Böyük Britaniya, Kanada, Braziliya, Kolumbiya, Ekvador, Çad, Norveç də dəvət alıblar.

Xatırladaq ki, bazardakı tərəddüdlər martın 6-da keçirilən OPEC+ görüşündə iştirak edənlərin ortaq qərara gələ bilməməsindən sonra başlayıb. Rusiya 2020-ci ilin ikinci rübündə neft hasilatının daha 1,5 milyon barel/sutka azaldılması təklifini dəstəkləməyib. Danışıqların uğursuz olmasından sonra neftin qiyməti 30% ucuzlaşıb.