Koronavirusa yoluxan şəxslər oruc tuta bilərmi?


Digərləri 09 Apr 2020 19:29:00 115 0

Koronavirusa yoluxan şəxslər oruc tuta bilərmi?

"Koronavirusa yoluxan şəxslər oruc tuta bilməz".

Son.az xəbər verir ki, bu barədə Oxu.Az-a Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli açıqlama verib.

O bildirib ki, virusa yoluxmuş şəxslər müalicə dövrü bitənə qədər oruc tuta bilməz:

"Yalnız koronavirusa yoluxanların deyil, sağlamlığında digər problemlər olan şəxslərin də Ramazan ayında oruc tutması qətiyyən doğru hesab olunmur. Bu barədə Qurani-Kərimin müvafiq ayəsində qeyd olunub.