Cənubi Koreya qısamüddətli viza rejimini ləğv etdi


Dünya 09 Apr 2020 19:14:00 144 0

Cənubi Koreya qısamüddətli viza rejimini ləğv etdi

Cənubi Koreya koronavirus pandemiyası ilə əlaqədar 90 ölkə ilə vizasız gediş-gəliş rejimini məhdudlaşdıracaq və bütün ölkələr üçün qısamüddətli viza rejimini ləğv edəcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qərar xaricdən ölkəyə daxil olan insanların digərlərini daha çox yoluxdurması faktı ilə əlaqədardır.

Bundan əlavə, xaricdən ölkəyə daxil olan şəxslərin 14 günlük karantində saxlanılması əlavə maddi vəsait tələb edir.