Koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı alim: “Sağalanların sayı artımla davam edir”


Digərləri 09 Apr 2020 19:19:00 109 0

Koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı alim: “Sağalanların sayı artımla davam edir”

"Dünyada koronavirusa yoluxma halı azalır, virusdan sağalanların sayı isə artımla davam edir".

Son.az xəbər verir ki, bunu Modern.az-a koronavirus pandemiyası barədə danışarkən vaksinlərin hazırlanması üzrə mütəxəssis, alim Tərlan Məmmədov söyləyib. O qeyd edib ki, koronavirusun yayılma tempinin aşağı düşməsi insanların bu təhlükənin mahiyyətini daha yaxşı anlamaları ilə əlaqədardır:

"Hər kəs koronavirusun nə dərəcədə dəhşətli olduğunu görür, küçəyə çıxmırlar. Eyni zamanda, dövlətlər tərəfindən də tədbirlər gücləndirilib. Müəyyən dərmanlar var ki, xəstəliyin simptomlarını, nəticələrini yüngülləşdirməyə kömək edir. Artıq tibb həmin dərmanların müsbət nəticələrini əldə etməyə başlayıb. Ölüm sayı çox olan ölkələrdə əsas məsələ süni tənəffüs aparatlarının yetməməsidir. Vəziyyəti ağır olan xəstələrin süni tənəffüs aparatına qoşulmaması mütləq ölümlə nəticələnə bilər. Koronavirusun sona çatması, bütün dünyanın rahat nəfəs alması vaksinin hazırlanması ilə mümkün ola bilər".

Türkiyənin Ağdəniz Universitetinin professoru olan Tərlan Məmmədov vaksin hazırlanması ilə bağlı işlərin davam etdirildiyini diqqətə çatdırıb: