Moskvada biznesmərkəzin binasında partlayış olub, 1 nəfər yaralanıb


Dünya 09 Apr 2020 19:04:00 106 0

Moskvada biznesmərkəzin binasında partlayış olub, 1 nəfər yaralanıb

Moskvanın mərkəzində ofis binasında partlayış olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə "İkinci Brest" küçəsində yerləşən "Panorama" biznes-mərkəzinin binasında baş verib.

Partlayış nəticəsində çoxmərtəbəli binanın 8-ci mərtəbəsinin pəncərələri qırılıb.

"Mash" telegram kanalı hadisə nəticəsində bir qadının yaralandığı haqqında məlumat yayıb.

Hadisənin təmir işləri aparılan zaman baş verdiyi bildirilib.