İranda sel 26 nəfərin həyatına son qoydu


Dünya 09 Apr 2020 18:44:00 112 0

İranda sel 26 nəfərin həyatına son qoydu

İranın cənubunda sel suları 26 nəfərin ölümünə səbəb olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran Təcili Yardım İdarəsinin sözçüsü Müctəba Xalidi açıqlama verib.

O bildirib ki, martın 22-dən bu günə qədər ölkədə sel fəlakəti nəticəsində 26 nəfər həyatını itirib.

M.Xalidi son 24 saat ərzində sel nəticəsində Yəzd əyalətində bir nəfərin öldüyü, birinin itkin düşdüyü, bir nəfərin isə yaralandığını bildirib.