Azərbaycanda polis rəisinin müavini xidməti maşınla qəza törətdi


Digərləri 09 Apr 2020 18:31:00 148 0

Azərbaycanda polis rəisinin müavini xidməti maşınla qəza törətdi

Bakı-Qazax avtomagistralının Ələtdən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, Gəray Məmmədov Bakıdan Goranboya gedən zaman Bakı-Qazax avtomagistralının Ələtdən keçən hissəsində xidməti maşınla karantin postunda qəza törədib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, G.Məmmədov Goranboy Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışır.