İngiltərədən şok hesabat:


Dünya 09 Apr 2020 18:34:00 105 0

İngiltərədən şok hesabat:

Hazırda dünyada baş verən iqtisadi böhran 2008-ci ildəki böhrandan daha pis nəticələnəcək.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Oksfam humanitar təşkilatının hesabatında bildirilib.

Hesabatda vurğulanır ki, dünyada gündə 1,90 dollardan az qazanan və həddindən artıq yoxsul sayılan 434 milyon insanın artaraq 922 milyona çatacağı gözlənilir:

"Gündə 5,50 dollardan aşağı pul qazanan insanların sayı isə 548 milyondan 4 milyarda qədər artacaq. 1990-cı ildən bəri ilk dəfə dünyada yoxsulluq səviyyəsi bu dərəcədə arta bilər. Bu vəziyyətdən çıxmaq üçün zəif və inkişaf etməkdə olan ölkələrə dəstək məqsədi ilə ən azı 2,5 trilyon dollar dövriyyəyə buraxılmalıdır".