Könül Kərimova 8 aylıq nəvəsinə ev alıb


Şou-biznes 09 Apr 2020 18:39:00 156 0

Könül Kərimova 8 aylıq nəvəsinə ev alıb

Əməkdar artist Könül Kərimova qızı Ləmanı və nəvəsini görə bilməməkdən şikayətlənib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Şou ATV" verilişində danışan müğənni övladının rayonda yaşadığını söyləyib. Kərimova nəvəsi üçün aldığı hədiyyəni də açıqlayıb:

"Qızım Ağcəbədidə yaşayır. Kürəkənimin işi oradadır. Onları qoyub bura köçə bilməzlər. İndi də yollar bağlanıb, ayrı qalmışıq. Nəvəm, qızım üçün çox darıxıram. Başqa bir duyğulardır. Bütün günü görüntülü danışıram, ürəyim partlayır.

Nəvəm üçün ev almışam. 8 aylıqdır, Allah qismət etsə, ona ad günü keçirəcəm. Hər kəsi başımıza toplayacam, nəzir verib, qurbanlar kəsəcəm.