ABŞ-da koronavirusa yoluxan azərbaycanlılar var - VİDEO


Siyasət 09 Apr 2020 16:10:22 97 0

ABŞ-da koronavirusa yoluxan azərbaycanlılar var - VİDEO

"​ABŞ-da koronavirusa yoluxan xeyli sayda azərbaycanlı və türklər var".

© Report

"ABŞ-da koronavirusa yoluxan xeyli sayda azərbaycanlı və türklərvar".

Bu barədə "Report"un xüsusi müxbirinəTürk Amerikan Dərnəkləri Federasiyasının (TADF) rəhbəri Tulga Tekman məlumat verib.

Onun sözlərinə görə,ABŞ-da pandemiya qurbanlarının yarıdan çoxu Nyu-Yorkda Türkiyə əsillilərin sıx yaşadığı dörd əyalətdədir: "Amerikada yaşayan azərbaycanlıların əksəriyyəti türklərlə işləyir, bu səbəbdən onların yaşadığı ərazilərdə məskunlaşıblar. Koronavirusa yoluxan tanıdığım bir neçə azərbaycanlıvarvə müalicələrini davam etdirirlər. Hazırda Türkiyə əsillilərindən ölənlər daha çoxdur. Ölümlər daha çox Paterson, Nyu-Cersi, Nyu-York və Pensilvaniyada qeydə alınır və sayıları da gedərək artır.Ötən gün koronavirusun qurbanı olan 6 türkü Nyu-Yorkdakı məscidə apardılar və yaxınlarından bir-iki nəfərin iştirakı ilə dəfn etdilər".

Eyni zamandaT.Tekman bir çox cənazənin "Türk Hava Yolları" şirkətinə məxsuskarqo təyyarələri ilə Türkiyəyə aparıldığını da bildirib.

Hazırda ABŞ-ınNyu-Cersi ştatındayaşayan Azərbaycan vətəndaşı Elvin Qoca "Report"a açıqlamasındavəziyyətin gündən-günə çətinləşdiyini deyib: "Biztelefon və sosial media üzərindən yaratdığımız qruplar vasitəsilə bir-birimizlə əlaqə saxlayırıq. Hər kəs qorxu içərisindədir vəkoronavirusa yoluxan bir neçə həmvətənimiz var".

O,Amerikadaölənlərin sayının hər gün artdığını da söyləyib: "Açığı, ilk günlər mən də bu ölkədə yaşayan digər azərbaycanlılar kimi məsələnin ciddiliyinə inanmırdım. Ancaq gün keçdikcə vəziyyətin nə qədər təhlükəli olduğunun fərqinə vardıq. Bir neçə azərbaycanlının yoluxduğundan məlumatımız var. Ümid edək ki, yaxın zamanda hər şey yoluna düşəcək. “Times” meydanında heç kim yoxdur. Bu görüntünü sadəcə filmlərdə görmək olardı. Yaşamaq uğrunda mübarizə gedir. İnsanlar evlərində oturub həyatda qalmağa çalışırlar”.

Müəllif: Vüsalə Abbasova

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək