Azərbaycan şirkətlərindən Gürcüstanda koronavirusla mübarizəyə maddi dəstək


Dünya 09 Apr 2020 17:50:00 113 0

Azərbaycan şirkətlərindən Gürcüstanda koronavirusla mübarizəyə maddi dəstək

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin ölkədə koronavirusla mübarizəyə bu günə qədər verdiyi maddi dəstəyin həcmi təxminən 1 milyon lari (315 min ABŞ dolları) təşkil edir

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin ölkədə koronavirusla mübarizəyə bu günə qədər verdiyi maddi dəstəyin həcmi təxminən 1 milyon lari (315 min ABŞ dolları) təşkil edir.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan şirkətləri həm səfirliyin təşəbbüsü, həm də fərdi qaydada ehtiyacı olan insanlara ərzaq yardımları göstərib və kampaniya mərhələli şəkildə davam etdirilir. Bununla yanaşı, Gürcüstan hökumətinin koronavirusla mübarizəyə dəstək məqsədilə yaratdığı StopCoV fonduna ianələr də həyata keçirilib.

Qeyd edək ki, StopCoV fondunda toplanan vəsaitin həcmi 124 543 899 lari (40 milyon ABŞ dolları) təşkil edir.