Gürcüstanda yaşayan azərbaycanlılara yardım paylanılır


Siyasət 09 Apr 2020 16:18:15 86 0

Gürcüstanda yaşayan azərbaycanlılara yardım paylanılır

Gürcüstanda yaşayan azərbaycanlılar və bu ölkədə müvəqqəti olan Azərbaycan&vətəndaşlarına ərzaq yardımlarının paylanılmasına başlanılıb.

© Report

Gürcüstanda yaşayan azərbaycanlılar və bu ölkədə müvəqqəti olan Azərbaycanvətəndaşlarına ərzaq yardımlarının paylanılmasına başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, yardım kampaniyasının ilk günündəTbilisidə yaşayan və ehtiyacı olansoydaşlarımıza ilkin tələbat qida məhsullarınınyer aldığı qutular təqdim olunub.

Ərzaqların paylanılmasında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarıvə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) icraçı katibi Nəriman Qurbanovda iştirak edib.

Qeyd edək ki, yardım kampaniyası Azərbaycan səfirliyinin təşəbbüsü və AZEBİ-də təmsil olunan şirkətlərin maliyyə dəstəyi ilə həyata keçirilir. Kampaniyaümumilkdə 1 000 ailəni əhatə edəcək.

Ərzaq yardımı Tbilisi ilə yanaşı, Marneuli və Bolnisi rayonları, Kaxeti və digərbölgələrdə yaşayan azərbaycanlılara da göstəriləcək.