Portuqaliyada koronavirusa yoluxanların sayı 14 minə çatır


Dünya 09 Apr 2020 17:10:32 141 0

Portuqaliyada koronavirusa yoluxanların sayı 14 minə çatır

Portuqaliya parlamenti fövqəladə vəziyyət rejiminin müddətini aprelin 13-dək uzadıb.

Portuqaliyada son sutkada 815 nəfər koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Portuqaliya Səhiyyə Nazirliyi məlumat verib.

Bildirilib ki, son sutkada 29 nəfər ölüb və bununla da pandemiya qurbanlarınınsayı 409-a çatıb.

Məlumata görə, COVİD-19-a 13 956 yoluxma hadisəsi qeydə alınıb.

Portuqaliya parlamenti fövqəladə vəziyyət rejiminin müddətini aprelin 13-dək uzadıb.