Ekspert: “Azərbaycan əsgəri hazırda təhlükəsiz mühitdədir”


Siyasət 09 Apr 2020 16:39:26 99 0

Ekspert: “Azərbaycan əsgəri hazırda təhlükəsiz mühitdədir”

“Bu gün Azərbaycan Ordusunda istər geyim qaydalarının, istərsə də təmizlik normalarının təminatı ilə bağlı böyük işlər görülüb. Hətta ön cəbhədə belə kazarma şəraiti yüksək səviyyədə yenilənib. Hərbi hissələrə səfərlərim zamanı bunun şahidi olmuşam”.

“Bu gün Azərbaycan Ordusunda istər geyim qaydalarının, istərsə də təmizlik normalarının təminatı ilə bağlı böyük işlər görülüb. Hətta ön cəbhədə belə kazarma şəraiti yüksək səviyyədə yenilənib. Hərbi hissələrə səfərlərim zamanı bunun şahidi olmuşam”.

Bunu “Report”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

O bildirib ki, hazırda şəxsi heyətin yataqxana şəraitinin və xidmət etdikləri ərazinin tam müasirləşdirilməsi prosesi gücləndirilib: “Müstəqil hərbi ekspert olduğum üçün təbii ki, ordu haqqında pafoslu danışa bilmərəm. Azərbaycan Ordusu müharibənin içindən doğub. Yəni şəxsi heyətin geyimi, gigiyenik qaydaları 1990-cı ilin əvvəllərində problemli məsələ idi. Biz həmin dövrün əsgərləriyik. Ancaq Azərbaycan Ordusu artıq üç mərhələ keçib. Yaranması, formalaşması və hazırki müasirləşməsi dövrü. 2012-2013-cü illərdən başlayaraq Azərbaycan Ordusunda ciddi yeniliklər həyata keçirilir. Bura yeni hərbi hissələrin tikilməsi, əsgərlərin xidməti şəraitinin yaxşılaşdırılması aiddir”.

Hərbi ekspert bildirib ki, Azərbaycan Ordusunda dezinfeksiya işləri aparılıb, virusa qarşı müxtəlif tədbirlər görülüb: “Hazırda orduda virusa qarşı müxtəlif silsilə tədbirlər həyata keçirilir.

Əlavə edim ki, 2014-cü ildən sonra Azərbaycan Silahlı Qüvvələrində ümumqoşun birləşmələrində, yəni döyüş briqalarında gənc əsgərlərin karantin dövründə hərbi xidmət keçməsi ləğv edildi. İndi gənc əsgərlər hərbi birləşmələrdə ayrıca yerlərdə öz karantin dövründəki xidmətini keçirlər. Deyək ki, “N” saylı hərbi hissənin 2-3 taboru var. Dördüncü tabor gənc əsgərlərdən ibarətdir. Ümumi düzülüşdə hamı bir sırada dayanır, yeməkxanada da bir yerdə olurlar. Ancaq indi belə deyil. Gənc əsgərlər üçün hərbi birləşmədə ayrıca hərbi hissə yaradılıb. Əsgərlərimiz təhlükəsiz mühitdədirlər.

Bir məsələni də xüsusilə qeyd edim ki, çağırış yaşı çatmış Azərbaycan vətəndaşlarının hərbi xidmətə çağırılması ilə bağlı müddətin uzadılmasının səbəblərindən biri də onların mülki həyatda hansı vəziyyətdə olması, virusa yoluxub-yoluxmadıqlarına aid suallarla bağlıdır. Bəlkə, çağırışçı virus daşıyıcısıdır və hərbi xidmətə gedəndən sonra zabit-gizir heyətini yoluxduracaq? Yəni bütün bu tədbirlər virusa yoluxma ehtimalını minimuma endirmək üçün nəzərdə tutulub.

Eyni zamanda Azərbaycan Ordusunda tərxis müddəti başa çatmış hərbçilərin aprelin 20-dən tərxisolunma prosesi başlayacaq. Artıq Müdafiə Nazirliyi bununla bağlı məlumat verib. Bütün hərbi hissələrdə dezinfeksiya işləri aparılıb, virusa qarşı müxtəlif tədbirlər görülüb”.