Qazaxıstanda güclü külək 2 nəfərin həyatına son qoydu


Dünya 09 Apr 2020 17:05:00 111 0

Qazaxıstanda güclü külək 2 nəfərin həyatına son qoydu

Qazaxıstanın şimal vilayətlərində güclü külək nəticəsində 2 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, 3 gün ərzində Kostanay, Şimali Qazaxıstan və Akmola vilayətlərində külək 400-ə yaxın binaya ziyan vurub.

İki nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, bəzi yerlərdə küləyin sürəti saniyədə 30 metri ötüb.