Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik vasitə aşkar edilib FOTO


Digərləri 09 Apr 2020 16:34:00 98 0

Zaqatala sakininin üzərindən və avtomobilindən narkotik vasitə aşkar edilib  FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 39 yaşlı Zaqatala şəhər sakini Vüqar Çobanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd kibrit qutusunda 7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.

V.Çobanovun idarə etdiyi "VAZ-2109" markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsindən 1 ədəd sellofan torbada 460 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.