Motoatıcı bölmələrdə atəş hazırlığı üzrə məşğələlər keçirilir VİDEO FOTO


Digərləri 09 Apr 2020 15:55:00 96 0

Motoatıcı bölmələrdə atəş hazırlığı üzrə məşğələlər keçirilir  VİDEO  FOTO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində atəş hazırlığı üzrə məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, hərbi qulluqçular silahların taktiki-texniki xüsusiyyətlərini bilmələri barədə məqbullar verir, onların sökülüb-yığılması üzrə normativləri yerinə yetirir, eləcə də silahla hərəkət bacarıqlarını təkmilləşdirir.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular müvafiq normativlərə uyğun olaraq praktiki təlim atəş çalışmalarını icra edir.