İnanılmazı bacardılar: koronavirus xəstələrinin yarısını bu dərmanla sağaltdılar


Dünya 09 Apr 2020 15:44:00 120 0

İnanılmazı bacardılar: koronavirus xəstələrinin yarısını bu dərmanla sağaltdılar

Seneqalda koronavirusa yoluxan 237 xəstədən 105-i tamamilə sağalıb. Bu Afrika ölkələri arasında ən yüksək göstəricidir.

Son.az xəbər verir ki, səhiyyə imkanları zəif olan Seneqalın bu uğuru diqqət çəkib. Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində 13 nəfər sağalıb. Açıqlamaya görə, xəstələrin müalicəsində "hidrosiklorokin" dərmanından istifadə edilib. Bu dərman xəstələrin icazəsi əsasında tətbiq edilib.

Bildirilir ki, ilk yoluxma halı mart ayının 2-də qeydə alınıb. 2 nəfər həyatını itirib./Publika.az