Qəzada həlak olan aktyorun qızından kövrək paylaşım VİDEO


Digərləri 09 Apr 2020 15:33:00 96 0

Qəzada həlak olan aktyorun qızından kövrək paylaşım  VİDEO

Məşhur Hollivud ulduzu, mərhum aktyor Pol Uokerin qızı atası ilə bağlı video yayımlayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, aktyorun 21 yaşlı qızı "İnstagram"da onun ölümündən bir müddət əvvəl çəkilən görüntüsünü izləyicilərin ixtiyarına buraxıb.

O, videonu "Heç düşünməzdim ki, nə vaxtsa bu videonu sizinlə bölüşəcəm. Məncə, bu doğru addımdır. Mən sizi sevirəm. Sağlıqla qalın" deyə, şərh edib.

Uokerin qızının paylaşımına adi insanlarla yanaşı Hollivudun bir çox məşhur siması da biganə qalmayıb. Onlar bir zamanlar filmlərdə Pol Uoker ilə tərəf müqabili olduqları üçün çox xoşbəxt olduqlarını qeyd ediblər.

Xatıqladaq ki, Pol Uoker 30 noyabr 2013-cü ildə avtomobil qəzasında həlak olub.