Xaricdən qayıdan azərbaycanlılar Prezident İlham Əliyevə təşəkkür ediblər


Digərləri 09 Apr 2020 13:59:00 161 0

Xaricdən qayıdan azərbaycanlılar Prezident İlham Əliyevə təşəkkür ediblər

Xaricdən qayıdan azərbaycanlılar dövlət başçısına təşəkkür ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, Atletlər kəndinə yerləşdirilən Zaur Adilov "S.O.S. Azərbaycandan kömək istəyirik" mövzulu məktubundan sonra İzmir şəhərindən gətirildiyini qeyd edib.

Beş gündür ki, Bakıda olduqlarını qeyd edən Z.Adilov budəfəki məktubuna ölkə başçısına təşəkkürlə başlayıb:

"İlk öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Möhtərəm İlham Heydər oğlu Əliyev cənablarına bütün səmimiyyətimiz ilə təşəkkür edirik".

Onun sözlərinə görə, yuxarıda adı çəkilən məktublarına cavab olaraq Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi altında Türkdilli Dövlətlərlə iş sektorunun müdiri onlarla telefon əlaqəsi qurub və dövlətimizin onları darda qoymayacağını bildirib:

"Daha sonra Türkiyədə Asif Kurban kimi tanınan İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin sədri, azərbaycanlı iş adamı Asif İsa oğlu Qurbanova bizim haqqımızda məlumat verildi. Asif müəllim Türkiyədə 21 gün qaldığımız otellərin 5 gününün xərclərini öz üzərinə götürdü və ş. O, həmçinin bizə mənəvi dayaq oldu".

Z.Adilov qeyd edib ki, həm Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, həm də İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin sədri hər gün onlarla əlaqə yaradıb və dəstək olub:

"Mənəvi dəstəyə çox ehtiyacımız var idi. Bakıda tək qalan 79 yaşlı atam ilə Diasporla iş üzrə Dövlət Komitəsi maraqlandı, onun qayğısına qaldı. Nə yaxşı ki, Azərbaycan diasporasını və Türkiyədə onunla bağlı qurumları yüksək insani keyfiyyətlərə, təşkilatçılıq qabilliyətinə malik Azərbaycan oğulları təmsil edir. Biz onlara minnətdarıq".