"Koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır"


Siyasət 09 Apr 2020 14:03:58 99 0

"Koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır"

Hazırda koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında deyib.

Z.Əsgərov vurğulayıb ki, Azərbaycandakı birlik ölkəmizi istəməyən qüvvələrə təsir edir: "Həmin insanlar utanmasalar, deyərlər ki, koronavirusu dünyaya Azərbaycan hökuməti yayıb. Əli Kərimli, Cəmil Həsənli və s. Azərbaycanın düşmənləridir. Azərbaycan xalqı həmişə Prezidentin ətrafında sıx birləşməlidir. Hamı qanuna tabe olmalıdır".