Səməd Seyidov: "2019cu il Azərbaycanın xarici siyasətində bir çox uğurlarla yadda qaldı"


Siyasət 09 Apr 2020 13:29:00 96 0

Səməd Seyidov: "2019cu il Azərbaycanın xarici siyasətində bir çox uğurlarla yadda qaldı"

2019-cu il Azərbaycanın xarici siyasətində bir çox uğurlarla yadda qaldı. Ümumilikdə 2019-cu il Azərbaycan üçün uğurlu bir il oldu.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Seyidov bildirib ki, heç kim bilmirdi ki, koronavirus pandemiyası ortaya çıxacaq və beynəlxalq əlaqələrdə çətinliklər ortaya çıxacaq: "Ancaq buna baxmayaraq Azərbaycan beynəlxalq səviyyədə fəaliyyət davam edir və Azərbaycanın beynəlxalq aləmdə mövqeyi güclüdür".

S.Seyidov Prezident İlham Əliyev tərəfindən imzalanan Əfv sərəncamına da toxunub. O qeyd edib ki, bu sərıncam humanist bir siyasətdir: "Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın siyasəti insanlara yönəlmiş bir siyasətdir. Biz də əlimizdən gələni etməliyik ki, insanlarda məmmunluq yaradaq".