Fermerlərin rayonlara gedişgəlişi ilə bağlı heç bir çətinlik yoxdur


Digərləri 09 Apr 2020 12:21:00 118 0

Fermerlərin rayonlara gedişgəlişi ilə bağlı heç bir çətinlik yoxdur

Koronavirusla əlaqədar müəyyən məhdudiyyətlərə görə əvvəl təsərrüfat sahibi öz sahəsinə, bir rayondan digər rayona getməkdə müəyyən çətinlik çəkirdi. Ancaq artıq o çətinliklər aradan qaldırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov deyib.

Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq, həm heyvandarlıqla, həm də bitkiçiliklə məşğul olan fermerlər kənd daxilində sərbəst hərəkət edirlər.

İ.Cümşüdov əlavə edib ki, bir rayondan digər rayona hərəkət etmək istəyən fermerlərə rayonlarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edərək arayış alması və bunun əsasında hərəkət etməsi tövsiyə edilir:

"Bakı, Sumqayıt və Abşeronda yaşayan, amma rayonlarda təsərrüfat fəaliyyəti ilə məşğul olan iş adamları, fermerlərimiz var. Onların rayonlara gedib-gəlməsində müəyyən çətinliklər var idi. Amma Operativ Qərargahın təlimatlarında bu məsələ nəzərə alındı. İndi bununla bağlı heç bir çətinlik yoxdur. Elektron kənd təsərrüfatı sistemindən qeydiyyatdan keçən fermerlər Dövlət Aqrar Xidmət Agentliyinə müraciət etməklə, eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin razılığı əsasında arayış almaqla öz təsərrüfatlarına gedib-gələ bilərlər".

Hazırda fermerlərin öz təsərrüfat işləri ilə məşğul olduğunu deyən mərkəz direktoru onların payızlıq əkinlərə qulluq işlərini həyata keçirdiklərini, payızlıq əkinlərinin əsas istiqamətinin də ərzaq təhlükəsizliyi üçün strateji sahə olan taxılçılıq olduğunu söyləyib.

Nazirlik rəsmisi deyib ki, ölkəmizdə taxılın bir hissəsi Aran bölgəsində suvarma şəraitində, digər hissəsi isə dəmyə bölgələrində yetişdirilir: