“Yıxılmağım bədbəxtləri sevindirib, yazığım gəldi"


Şou-biznes 09 Apr 2020 12:54:00 112 0

“Yıxılmağım bədbəxtləri sevindirib, yazığım gəldi"

Ötən gün Xalq artisti Tünzalə Ağayevanın İTV-də yayımlanan "Gəl, qonaq ol" layihəsinin canlı efiri zamanı yıxıldığı anlar sosial şəbəkədə paylaşılıb, müzakirə edilib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi özü də bu anları paylaşıb. O, daha sonra başqa video paylaşaraq yıxılmağının bəzi insanları sevindirdiyini yazıb:

"Mənim məhz bu cür yıxılmağım , böyük  kompleksli olanları, həyatda özünü tapmayanları, bir sözlə, bədbəxt qismləri sevindiribsə,  nə mutlu mənə - bir anlıq da olsa özünüzə güvəniniz yarandı, yazığım gəldi lap. Ləyaqət, şərəf yıxılmasın , onlar sonra nə yazıq ki, qalxmırlar, belə yıxılıb, sonra ucalmaq çox gözəl hissdir".