Dünya Bankı: Gürcüstanda iqtisadi artım kəskin yavaşlayacaq


Dünya 09 Apr 2020 12:44:29 116 0

Dünya Bankı: Gürcüstanda iqtisadi artım kəskin yavaşlayacaq

Gürcüstanda iqtisadi artım COVID-19 pandemiyası səbəbindən kəskin yavaşlayacaq.

Gürcüstanda iqtisadi artım COVID-19 pandemiyası səbəbindən kəskin yavaşlayacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Dünya Bankının (DB) bülletenində bildirilib.

Bankın proqnozuna əsasən, Gürcüstanda 2020-ci ildə ÜDM-in real artımı sürətlə sıfıra yaxınlaşacaq.

Sənəddə bildirilib ki, bu il qonşu ölkədə fiskal kəsirin ÜDM-dəki payının 5,2%-ə qədər artacağı gözlənilir.

Koronavirus pandemiyasının Gürcüstanda ÜDM-in 7%-dən çoxunu təşkil edən turizm sektoruna da mənfi təsir ecəcəyi qeyd olunub.