Bakıda gözətçini döyədöyə öldürən klinika sahibinin oğlu


Digərləri 09 Apr 2020 11:53:00 110 0

Bakıda gözətçini döyədöyə öldürən klinika sahibinin oğlu

Bakıda klinika gözətçisinin döyərək qətlə yetirməkdə təqsirləndirilən Həsən Rəhimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az bakupost-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il "Aristokrat" tibb mərkəzində baş verib. Klinikada gözətçi işləyən 58 yaşlı Muraz Nəbiyev ölüb.

Onu klinikanın sahibinin oğlu 31 yaşlı Həsən Rəhimli döyüb.

M.Nəbiyevin halı pisləşəndən sonra o, həkimə aparılıb. Həkimə isə M.Nəbiyevin "infarkt keçirdiyi" deyilib. Həkim müayinəsi zamanı gözətçinin öldüyü məlum olub.