Rusiyada koronavirusa yoluxanların sayı 10 min nəfəri keçdi


Dünya 09 Apr 2020 12:03:15 84 0

Rusiyada koronavirusa yoluxanların sayı 10 min nəfəri keçdi

Rusiyada koronavirusa yoluxma göstəricilərində rekord qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 1 459 nəfər koronavirusa yoluxub.

Daha 13 nəfər isə virusdan həyatını itirib.

Bu günə qədər Rusiyada 10 131 nəfər koronavirusa yoluxub, virusdan ölənlərin sayı 76 nəfərə çatıb.