Rusiyada koronavirusa yoluxanların sayı 10 mini ötdü


Sosial 09 Apr 2020 11:49:24 101 0

Rusiyada koronavirusa yoluxanların sayı 10 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı kəskin artdı

Rusiyada son bir gündə 1 459 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 10 131 nəfərə çatıb

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 519 000-i ötüb. Bunların 331 014 nəfəri sağalıb, 88 550 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.