"Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir"


Digərləri 09 Apr 2020 11:24:00 107 0

"Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir"

Prezident İlham Əliyev yeni bir humanist addım atdı, 65 yaşdan yuxarı 176 məhkumu əfv etdi.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarovanın sözlərinə görə, bu əfv sərəncamı göstərdi ki, dövlət siyasətinin mahiyyətində insan amili dayanmaqla yanaşı, statusundan asılı olmayaraq hər bir insanın həyatı dövlətimiz üçün vacibdir.

Spiker bildirib ki, koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir.

İclasda, həmçinin koronavirusla mübarizədə fəal iştirak edən insanlar, o cümlədən həkimlər, polis əməkdaşları, hərbçilər və digər şəxslər deputatlar tərəfindən ayaq üstə alqışlanıb.