Baş nazir Milli Məclisdə hesabat verir


Siyasət 09 Apr 2020 11:36:52 100 0

Baş nazir Milli Məclisdə hesabat verir

Azərbaycanın Baş naziri Əli Əsədov Milli Məclisdə videohesabat verir.

Son.az Trend-ə istinadən xəbər verir ki, videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.

Baş nazir bildirib ki, Azərbaycan Prezidenti tərəfindən aparılan struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə stimul verməkdədir.

Əli Əsədov vurğulayıb ki, 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb və cəmiyyətin bütün sahələrini əhatə edib, ölkəni yeni inkişaf mərhələsinə çıxarıb:

"Hesabat ili Azərbaycan üçün uğurlu il olub. Son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib".