Azərbaycanlı alim koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı


Digərləri 09 Apr 2020 11:37:00 101 0

Azərbaycanlı alim koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Əgər infeksiya kaskad effekti almasa, reinfeksiya olmasa, yəqin ki, yaxın 2 aydan sonra infeksiya haqda keçmiş zamanda danışmaq mümkün olacaq. Spesifik müalicə və profilaktik vasitə (vaksin) yoxdur. Vaksin illüziyasına qapılmayın. Vaksin yaradılıb sənaye istehsalına buraxılana qədər virus canlı aləmi tərk edəcək!

Son.az baku.ws-ə istinadən xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla belə düşünür. O deyir ki, koronavirusun sürətlə yayılmasının qarşısı alınarsa, 2 ay müddətində təmamən yoxa çıxa bilər.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Transplantologiya kafedrasının professoru vaksin olmadığından virusdan qorunmaq yolunu ancaq karantin rejiminə ciddi əməl etmədə və şəxsi gigiyanaya riayət etməkdə görür:

"Dünya təcrübəsi göstərdi ki, sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə əməl etmək virusun canlı hüceyrələrdə bəslənmə şanslarını itirir. Əlləri isti su altında 30 san tez-tez diqqətlə yumaq, canlı insanla təmaslardan qaçmaq (sosial izolyasiya, antikommunikasiya), maska taxmaq, immun sistemi gücləndirmək, fiziki fəallığı artırmaq əsas görəcəyimiz işlər olmalıdır!

Yoluxma üçün ekspozisiya (təmas) müddəti və buna bağlı virus yüklənməsi də xüsusi önəm kəsb edir. Həkimlər arasında ölüm hallarının bir səbəbi də bununla izah olunur. Gizli dövr, orta hesabla 14 gün, son məlumatlara görə, bəzən 28-29 günə qədər tərəddüd edə bilər".

Hər il dünyada qrip infeksiyasından ölənlərin statistikasını nümunə gətirən A.Qeybulla insanları panika və təşvişə düşməməyə çağırır:

"Mənə bir həkim kimi olan çoxsaylı zənglərdən görürəm ki, insanlar panika və təşviş içindədirlər. Kütləvi psixoz durumu yaranıb. İnsanları təşviş keçirməməyə çağırırıam.

Düzgün təsəvvürlərin yaranması üçün bir statistikanı nəzərinizə çatdırım: hər il dünyada qrip infeksiyası (H1N1) fonunda ölüm halları (ya yanaşı xəstəliklərdən, ya da virusun yaratdığı birbaşa bakterial və septik ağırlaşmalardan) COVID-19-dan dəfələrlə çox olur. Koronovirusların diğər təhlükəli növləri sayılan SARS və MERS COVID-19-dan daha ağır gedişə malik olub yüksək ölüm faizinə malikdir: uyğun olaraq 11% (SARS) və 35-50% (MERS).

İnfeksiyadan dünyasını dəyişənlərin təhlili göstərir ki, əksər hallarda infeksiya yaşlı və yanaşı ağır xəstəlikləri (co-morbid vəziyyət) olanlar arasında bir provakasiya rolunu oynayıb. Onsuz da dünyada hər il insanlar bu patologiyaların ağırlaşmasından dünyasını dəyişirlər.